REGİONLAR
Gəncə şəhərində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş olub
Ağcabədi, 20 avqust, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhəri Kəpəz rayonu ərazisindəki məcburi köçkünlər üçün istifadəyə verilmiş yeni qəsəbədə məskunlaşmış həmyerliləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qəbul-görüşdə 70 nəfər iştirak edib, 10 nəfərin müraciəti dinlənilərək, baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.