SİYASƏT


Gəncə şəhərinə ekskursiya ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub

Bakı, 20 avqust, AZƏRTAC

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən bu günlərdə Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı əsgərlər ölkənin ikinci böyük şəhəri olan Gəncədəki muzey və tarixi yerləri ziyarət edib, burada yaşayıb-yaradan görkəmli şəxsiyyətlər barədə məlumat alıb, şəhərin tarixini əks etdirən ekspozisiya zallarında qorunan eksponatlarla, yerli xalçaçıların əl işləri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.