CƏMİYYƏT


Gəncə terroru qurbanlarının xatirəsi anılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, rayon gənclər və idman idarələrinin əməkdaşları, fəal paytaxt gəncləri və idmançılar erməni faşist hərbi birləşmələrinin oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini anıblar.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyulub. Tədbir zamanı, həmçinin vətənpərvərlik mövzusunda müxtəlif çıxışlar səsləndirilib. Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alması, müxtəlif şəhər və rayonlarda onlarca günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənərək beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Qeyd edilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir. Azərbaycan gəncliyi bununla bağlı hərbi cinayətlər törətmiş erməni xuntasının və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb edir. Azərbaycan gəncliyi ordumuzla, müzəffər Ali Baş Komandanla birlikdədir. Qarabağ Azərbaycandır!!!

Sonra Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirmiş uşaqlar da ziyarət edilib.

Tədbirdə “Əsgərə məktub” layihəsi çərçivəsində yüksək vətənpərvərlik hissi ilə rəşadətli Azərbaycan əsgərinə məktublar ünvanlanıb. İşğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edən igid əsgərlərimizə minnətdarlıq, böyük sevgi və sayğı bildirilib onlara uğurlar və böyük qələbələr arzulanıb.

Layihə çərçivəsində xalqımızın birliyinin rəmzi olan bu məktublar cəbhə bölgəsində döyüşən qəhrəman əsgərlərimizə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.