CƏMİYYƏT


Gəncə terroru qurbanlarının xatirəsinin yad edilməsi üçün Qətərdə anım mərasimi təşkil olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin inzibati binasında Ermənistanın oktyabrın 17-də müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədərək, Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

Ölkəmizin Dohadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Qətərdə yaşayan soydaşlarımız iştirak ediblər. Qətərdəki Azərbaycan icmasının üzvləri şəhidlərimizin xatirəsinə həsr olunan, özündə erməni vəhşiliyinin acı nəticələrini əks etdirən fotoşəkillərdən ibarət “Gəncə üçün dua et” adlı stendin önünə gül dəstələri düzüblər. Soydaşlarımız şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, erməni terrorunu lənətləyiblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bildirib ki, Gəncədə dinc əhalinin raket atəşinə tutulması müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. O, Ermənistanın siyasi-hərbi rəhbərliyinin göstərişi ilə daha əvvəl də törədilmiş cinayətləri qeyd edərək, Ermənistan rəhbərliyinin bu cinayətlərə görə tam məsuliyyət daşıdığını deyib. Səfir bu mənfur əməlləri törədənlərin cəzasız qalmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsinin təmin olunacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.