CƏMİYYƏT


Gəncə və Biləsuvarda fitosanitar müşahidələr zamanı alma və nar bağlarında zərərvericilər aşkarlanıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Qida Təhlükəsiziliyi Agentliyinin əməkdaşlarının ölkə ərazisində həyata keçirdiyi fitosanitar müşahidələrin növbəti mərhələsi Gəncə və Biləsuvarda aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yerləşən ümumi sahəsi 2,7 hektar ərazidə olan alma bağlarına baxış keçirilib.

Müşahidələr zamanı qismən qurumuş, orta gövdəli alma ağaclarının müxtəlif xəstəlik və zərərvericilərlə sirayətlənməsi aşkarlanıb, daha çox mənənələr və gənələrə rast gəlinib. Bağ sahibləri bitkilərə qulluq, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, o cümlədən kimyəvi preparatlardan istifadə zamanı təhlükəsizlik qaydaları ilə əlaqədar məlumatlandırılıb.

Agentliyin əməkdaşları digər fitosanitar müşahidələri Biləsuvar rayonunda yerləşən nar bağlarında aparıblar. Monitorinqlər zamanı nar bağlarında bitkilərin üzərində mənənələrə rast gəlinib. Agentliyin mütəxəssisləri sahibkarlara nar bitkisinin xəstəlik və zərərvericilərlə yoluxması və onlara qarşı aparılan kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi haqqında geniş məlumat veriblər. Bitkiyə qulluq zamanı aqrokimyəvi maddələr və pestisidlərdən istifadə edərək işçi məhlulunun hazırlanması və kimyəvi mübarizə məqsədilə çiləmə apararkən təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.