Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncəbasarda meyvəçiliyin inkişaf perspektivləri və alim məsləhəti VİDEO

Gəncəbasarda meyvəçiliyin inkişaf perspektivləri və alim məsləhəti VİDEO

Gəncə, 17 aprel, Rauf Hacıyev, AZƏRTAC

Hazırda dünyada baş verən kəskin iqlim dəyişiklikləri bütün sahələrə olduğu kimi, meyvə bitkilərinin inkişafına da müəyyən qədər təsir göstərərək onların uyğunlaşma prosesini çətinləşdirib. Buna baxmayaraq, tətbiq olunan düzgün aqrotexniki qulluq nəticəsində meyvə bitkiləri üçün yaranmış təhlükəni uzaqlaşdırmaq və yaxud mövcud təsirləri zəiflətmək mümkündür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gəncəbasarda meyvəçiliyin inkişaf perspektivlərini şərh edən Aqrar Universitetin professoru Zaur Həsənov deyib.

Alim bildirib ki, meyvə bitkiləri qışda, tumurcuqlar yatan dövrdə 3-5 dərəcəyə qədər şaxtaya dözə bildikləri halda çiçəklər açıldıqda onların əksəriyyəti 1-2 dərəcə soyuqda belə məhv olur. Ona görə də ilk növbədə meyvə bitkilərinin çiçəklərinin soyuqdan və şaxtadan mühafizəsini təmin etmək üçün bağçalarda adi halda tökülmüş yarpaqları bir yana toplayıb küləyin istiqamətində ağaca tüstü vermək lazımdır. Ağaclara verilən tüstü zamanı şaxta və soyuq hava tüstünün içərisindən keçərək isinir və çiçəklərin zədələnməsinin qarşısını alır.

Lakin unutmaq olmaz ki, çiçəklərin zədələnməsi müxtəlif səbəblərdən baş verə bilər. İlk növbədə, meyvə bitkiləri bir sıra patoloji amillər- müxtəlif xəstəliklər, ziyanvericilər vasitəsilə və dişiciyin yeyilməsi zamanı zədələnə bilir. Təbii ki, göstərilən patoloji amillər, xüsusilə də çoxsaylı xəstəliklər erkəkciyə yaxud dişiciyə müəyyən dərəcədə təsir göstərir ki, həmin vaxt bitkilərdə meyvə əmələ gələ bilmir.

Professor Zaur Həsənov deyir ki, bağbanlar və sahibkarlar gəlirli təsərrüfat qurmaq üçün meyvəçilikdə məhsuldarlığa təsir göstərən bioloji amillərdən də məlumatlı olmalıdırlar. Belə ki, bioloji baxımdan tozlanmayan bitkilərdə meyvə əmələ gəlmir. Yalnız mayalanması güclü olan, sağlam ekoloji şəraitdə yetişən, patoloji amilləri məhdud bitkilərdən yüksək məhsul almaq mümkündür. Unutmaq olmaz ki, meyvə bitkilərinin əksəriyyəti özü barlıdır. Yəni, özü-özünü tozlandırıb məhsul verə bilir. Bitkilərin bir qrupu iki evlidir. Yəni erkəkcik tozcuğu bir ağacda, dişicik isə digər ağacda olur. Belə halda bağbanlar meyvə bitkilərini yanaşı əkməlidirlər ki, tozlayıcı ilə tozlanan bitkilər bir-birini tozlaya bilsinlər.

Zaur Həsənov bağ sahibləri üçün təsərrüfata ciddi ziyan vuran üçüncü səbəbin ekoloji amillərdən asılı olduğunu qeyd edir. İstər həşəratlar vasitəsilə, istərsə də küləklə tozlanan bitkilər üçün mütləq əlverişli şərait olmalıdır. Meyvə bitkilərinin əksəriyyəti entomofil, yəni həşəratlar vasitəsilə tozlandığı üçün hava şəraitinin mülayim yaxud isti olması lazımdır. Digər bitkilər isə animofil-külək vasitəsilə tozlanan olduğundan onlar üçün küləkli havanın olması vacibdir. Ekoloji amillər içərisində yağış, şaxta, duman, çiskin kimi təbii hadisələr, ilk növbədə, həşəratların hərəkət və uçma imkanını məhdudlaşdırır ki, bunlar da məhsuldarlığa mənfi təsir göstərir.

Odur ki, bağbanlar, təsərrüfat sahibləri yüksək məhsuldarlığa nail olmaq üçün bölgənin yerli iqlim şəraitini, torpağın xüsusiyyətini, meyvə bitkilərinin vegetasiya dövrünü, ərazinin ekoloji vəziyyətini və bir sıra amilləri mütləq nəzərə almalıdırlar. Bağçılıq təsərrüfatı yaratmaq istəyənlər bilməlidilər ki, fəaliyyət üçün Gəncəbasar bölgəsində münbit torpaq-iqlim şəraiti mövcuddur. Bu bölgədə həm quru, yarım rütubətli, həm də rütubətli ərazilərin olması aran hissəsində daha çox çəyirdəkli meyvə bitkiləri və subtropik meyvə bitkiləri - xırnik, nar, innab, əncir üçün olduqca əlverişli şərait yaradır.

Dağətəyi bölgələrdə, xüsusən də Göygöl rayonunun ətrafındakı yüksəkliklərə doğru qalxdıqca rütubətlik artdığı üçün bitkilərin vegetasiya dövrü qısalır. Buna görə də həmin ərazilər əsasən tumlu meyvə bitkiləri və giləmeyvəli moruq, böyürtkən, firəng üzümü, qarağat bitkisinin inkişafı üçün əlverişli hesab olunur. Dağətəyi bölgələrdə düzgün elmi əsaslarla əkilən bitkilərdə xəstəliklər və zərərvericilər nisbətən az olduğu üçün təsərrüfatda kimyəvi zəhərlər az işlənir. Belə olduqda isə əldə olunan məhsul ekoloji cəhətdən saf, meyvələr isə daha dadlı olur. Aran yerlərində isə həşəratların və xəstəliklərin sayı çox olduğu üçün zərərvericilərlə mübarizədə kimyəvi maddələrdən geniş istifadə olunur. Yetişdirilməsində kimyəvi zəhərlər istifadə edilmiş meyvələr yüksək udmaq qabiliyyətinə malik olduğundan həmin zəhərlər meyvənin tərkibində uzun müddət qala bilir. Ona görə də təsərrüfat sahibləri bağlarında vaxtlı-vaxtında aqrotexniki qulluq aparmalıdırlar ki, bitkilər həm möhkəm və davamlı, həm də yüksək müqavimət qabiliyyətli olsunlar.

Bir sözlə, düzgün aqrotexniki tədbirlər və suvarma həyata keçirməklə Gəncəbasar bölgəsində bağçılıqda meyvələrin saf, sağlam çeşidini təmin etmək və yüksək məhsul əldə etmək mümkündür.

Gəncəbasarda meyvəçiliyin inkişaf perspektivləri və alim məsləhəti VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib