CƏMİYYƏT


Gəncədə 16 ağacın kəsilməsi nəticəsində təbiətə 4380 manat ziyan dəyib

Bakı, 4 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində yaşköküstə 16 lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacları Gəncə şəhər sakini Rasim Ələsgərov tərəfindən kəsildiyi müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.