REGİONLAR
Gəncədə 200-ə yaxın ticarət obyektinin görkəmi dəyişdirilir
Gəncə, 3 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərinin Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində yerləşən 200-ə yaxın ticarət obyektinin görkəmi dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən birmərtəbəli mağaza və dükanlar gələcəkdə iki mərtəbəli olacaq.
Bunun üçün mağaza sahiblərinə layihə və sərəncam sənədləri əvvəlcədən heç bir dövlət rüsumu ödənilmədən təqdim olunub.
Bildirilib ki, mağazaların fasadı Gəncənin memarlıq üslubuna uyğun olaraq qırmızı kərpic və aqlayla üzlənəcək.
Hazırda görülən işlərin tez bir zamanda başa çatdırılması üçün əraziyə tikinti materialları və işçi briqadaları cəlb edilib. Artıq obyektlərdə dəmir-beton işləri yekunlaşıb, kərpic və aqlay üzlüklərin vurulmasının isə yaxın günlərdə tamamlanacağı bildirilir.