REGİONLAR
Gəncədə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş yarış keçirilib
Gəncə, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş taekvondo idman növü üzrə yoldaşlıq görüşü keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. İdarə rəisi Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyərək, yoldaşlıq görüşündə çıxış edən hər bir komandaya uğurlar arzu edib.
Yarışın sonunda qaliblər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]
Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO
- 22.04.2024 [20:22]