REGİONLAR


Gəncədə 7 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunub

Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə 7 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə şəhər rəhbərliyi, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda məktəbin açılışının əlamətdar günlərdən biri olan ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etdiyi deyilib. Bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf istiqamətlərinin əldə olunmasına, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu proses Gəncə şəhərində də uğurla davam etdirilir. Nizami yurdundakı inkişaf da Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binaları, məktəbəqədər tərbiyə müəssisələri tikilib istifadəyə verilir, uşaq bağçaları inşa olunur.

Məktəbin direktoru Sevda Sadıqova çıxış edərək məlumat verib ki, 7 nömrəli tam orta məktəb 1985-ci ildən fəaliyyət göstərir. Məktəb binası 1176 şagird yerlikdir. Əsaslı təmir olunan binada tibb ocağı, kitabxana, idman zalı, laboratoriya, kompüter otağı və 50 sinif otağı var. Hazırda məktəbdə 975 nəfər təhsil alır. Məktəbdə rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Şagirdlərə 120 nəfər müəllim dərs deyir. Keçən tədris ilinin sonunda məktəbi bitirən məzunlardan 3 nəfəri 600-dən yuxarı, 5 nəfər isə 500-dən çox bal toplayıb.

Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şərait və dərs prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.