REGİONLAR


Gəncədə “Autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda seminar keçirilib

Gəncə, 17 aprel, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin təşkilatçılığı ilə “Autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Gəncə şəhərində təhsil alan psixologiya, ailə və ev təhsili fakültələrinin tələbələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri iştirak edib.

Tədbirdə “Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Dilarə Hacıyeva, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Gülnar Məmmədova çıxış ediblər. Çıxışlar zaman iştirakçılara cəmiyyətin bu cür mövzularda maarifləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin belə tədbirlərin davamlı olacağı vurğulanıb.

Seminarın aparıcıları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova və əməkdaşları Adilə Mürsəlova, Südabə İsgəndərova, Aytac İsgəndərova olub. Onlar seminarda autizm spektr pozulması olan uşaqların nitq xüsusiyyətləri və korreksiyası, autizimli uşaqların sosial adaptasiyası və reabilitasiyası mövzularında çıxış ediblər.

Tədbirdə iştirakçılarla mövzu ətrafında müzakirələr və praktik işlər aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.