REGİONLAR


Gəncədə “Azərbaycan Beynəlxalq Olimpiya Gününü uğurları ilə qeyd edir” mövzusunda tədbir keçirilib

Gəncə, 23 iyun, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 23 iyun - Beynəlxalq Olimpiya Günü münasibətilə “Azərbaycan Beynəlxalq Olimpiya Gününü uğurları ilə qeyd edir” mövzusunda tədbir təşkil olunub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Arif Maarifli “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda çıxış edib.

Tədbirin aparıcısı, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi İlknur İsgəndərova Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin tarixi haqqında məlumat verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə idmançılarının qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, Göygöl Olimpiya İdman Kompleksinin direktor müavini Müzadil Həsənov çıxışında qeyd edib ki, tarix boyu Azərbaycan xalqının həyatında idmanın xüsusi yeri olub. Ölkəmizdə idmana dövlət qayğısı gündən-günə artır. Bizdə dövlətimizin idmana göstərdiyi bu qayğıdan yararlanıb böyük nailiyyətlər, idman uğurları əldə etməyə çalışmalıyıq.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri, birinci dərəcəli hakim Vüqar Xəlilov, əməkdar məşqçi Natiq Əliyev, Xəmsə Taekvondo klubunun rəhbəri İmran Zalov, Avropa çempionatının gümüş mükafatçısı, Tokio Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov, Azərbaycan Avrasiya Aikido və Budo mərkəzinin Gəncə regional şöbəsinin rəhbəri Ramin Yusifov və Kombat Ciu-Citsu üzrə dünya çempionu Fidan Yusifova öz çıxışlarında qeyd ediblər ki, uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Çıxışçılar, həmçinin idman sahəsində qazandıqları uğurlardan danışıblar.

Gəncə şəhər 13 nömrəli tam orta məktəbin tərbiyə işləri direktor müavini Rasim Alıyev, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin könüllüsü Səbinə Mövsümova çıxış edərək, idmançılarımıza uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.