CƏMİYYƏT


Gəncədə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC 

Gəncədə Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov mənəvi dəyərlərin təbliği ilə bağlı həyata keçirilən işlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun həyata keçirdiyi tədbirlər haqqında söhbət açıb. Bildirib ki, dəyərlər sistemi dünən və bu gün qorunduğu kimi, gələcək nəsillərə də çatdırılmalıdır.

Seminar-treninqdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli mənəvi dəyərlərin mahiyyəti və qorunması ilə bağlı geniş məruzə ilə çıxış edib. O, ailə dəyərlərinin mənəvi dəyərlərin qorunmasında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonda gənclərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.