REGİONLAR


Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Gəncə, 4 iyun, Rauf Hacıyev, AZƏRTAC

İyunun 4-də Gəncədə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, "Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.

Dövlət qurumlarının əməkdaşlarının, elm xadimlərinin də qatılacağı konfransda ABŞ-ın Princeton Universitetinin professoru Michael Barryn və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və Bəşəri İnkişaf Məktəbinin dekanı Michael Feuer videoçıxış edəcəklər.

Açılışdan sonra konfrans işini “Ağıllı və Dayanıqlı Şəhərlər və İnfrastrukturlar” mövzusunda alt bölmədə davam etdirəcək. Bu panel üzrə konfrans UNEC-in rəsmi feysbuk və yutub səhifəsində yayımlanacaq.

Qeyd edək ki, 2021-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.