REGİONLAR


Gəncədə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə tədbir keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə BMT-nin təsis etdiyi 11 fevral – “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə onlayn formatda tədbir keçirilib.

Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə fəaliyyət göstərən gənc qadın tədqiqatçılarla görüşüb.

Pərvin Kərimzadə tədbiri açaraq, tarixən Azərbaycan qadınının hər zaman intellekti və zəkası ilə seçildiyini bildirib, ölkənin elm, mədəniyyət, mətbuat tarixində, ictimai-siyasi həyatında onların rolu, gördükləri işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Pərvin Kərimzadə qeyd edib ki, ölkəmizin elm və təhsil tarixində xüsusi yeri olan görkəmli qadın alimlərimiz Azərbaycan elmində önəmli izlər qoyublar.

“Bir çox azərbaycanlı qadınlar elmə böyük töhfələr veriblər və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”. - ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səsləndirdiyi bu fikirlər Azərbaycan qadınlarının elm sahəsində daha fəal olmalarına təkan verəcək.

Digər çıxış edənlər ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən, dünya elminin sürətlə inkişaf etdiyi və bu sahədə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə qadınların elmə marağının artırılmasından, onların elmi- tədqiqat işlərinə daha fəal cəlb edilməsindən, qarşılaşdıqları problemlərin aradan qaldırılması yollarından söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.