REGİONLAR


Gəncədə Qarabağ əlilləri və şəhid ailələrinin qayğıları həll olunur

Gəncə, 23 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Ölkəmizdə şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhatə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətində Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər araşdırılaraq həll edilir.

Müraciət əsasında Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı binadakı vəziyyətlə tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişi ilə sakinləri narahat edən məsələlər araşdırılaraq aradan qaldırılıb. Yeni Gəncə yaşayış massivində yerləşən, 9 mərtəbəli, 3 bloklu, 81 mənzilli binanın su təchizatı sistemi yenilənib. İstismar müddətini başa vuran 2 ədəd 500 litrlik su çəni yenisi ilə əvəzlənib. Bununla yanaşı, binanın həyətində abadlıq və təmizlik işləri görülüb, yeni ağaclar əkilib, işıq dirəklərində sıradan çıxmış lampalar yenilənib.

Görülən işlər bina sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.