REGİONLAR


Gəncədə Qəmbər Hüseynlinin abidəsi ətrafında aparılan yenidənqurma işləri başa çatmaq üzrədir

Gəncə, 25 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə dahi bəstəkar Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazidə yenidənqurma işləri aparılır.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda parkda işlər yekunlaşmaq üzrədir. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəzlənib, yaşıllıqlar salınıb.

Bildirilib ki, parkda uşaqlar və böyüklər üçün müxtəlif əyləncə və idman qurğuları da quraşdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.