CƏMİYYƏT


Gəncədə “Region Gənclərinin Turizm Forumu” keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Gəncə regional ofisinin təşkilatçılığı ilə üçgünlük “Region Gənclərinin Turizm Forumu” başa çatıb.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində keçirilən təlimlərdə Gəncədə turizm ixtisası üzrə təhsil alan 80-dən çox tələbə iştirak edib. Forumda gənclərə “Turizmə giriş”, “Turizmdə kadr hazırlığı”, “Bələdçilik” və digər mövzular üzrə panel müzakirələr həyata keçirilib.

Layihənin sonuncu günü iştirakçılar şəhər turuna çıxaraq mədəniyyət evlərini və muzeyləri ziyarət ediblər.

GTM-nin Gəncə regional ofisinin rəhbəri Gülnar Məmmədova bildirib ki, forumun keçirilməsində məqsəd region gənclərinin turizm sahəsində innovativ biliklərinin artırılması, həmçinin qeyri-neft sektorunun inkişafına hesablanan bu istiqamət üzrə inkişaf strategiyasının təbliğidir.

Forum çərçivəsində, ekspertlərin təqdimatında ölkəmizdə ənənəvi olmayan ekoloji turizm obyektləri, ictimaiyyətin diqqətinin təbiət abidələrinin mühafizəsinə cəlb edilməsi, biomüxtəlifliyin qorunmasına dair məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.