REGİONLAR


Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü qeyd olunub VİDEO

Bakı, 29 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü ilə bağlı bu ölkənin Gəncədəki baş konsulluğunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimaiyyəti və ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 97-ci ildönümü münasibətilə videotəbriki səsləndirilib.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk çıxış edərək, başda Mustafa Kamal Atatürk olmaqla, Türkiyənin qurtuluş savaşında mücadilə edərək canından keçən şəhidləri rəhmətlə anıb. Tarix boyu iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən söhbət açan konsul Azərbaycan-Türkiyə qardaşlığından danışıb. Bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türk xalqı Qarabağda gedən haqq savaşını diqqətlə izləyir və duaları daim Azərbaycan əsgərləri üçündür. Baş konsul döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizə Allahdan rəhmət diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.