REGİONLAR


Gəncədə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır

Gəncə, 7 fevral, Elcan Məmmədov, AZƏRTAC

Türkiyənin Gəncədəki Baş konsulluğunda qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsulluğun qarşısında zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri buranı ziyarət edərək gül dəstələri düzürlər.

Baş konsul Recep Öztop göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.