REGİONLAR


Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub

Gəncə 4 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar olaraq Gəncədəki Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında anım mərasimləri təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub.

Gəncənin Şah Abbas Cümə Məscidində vəhdət namazı qılınıb. Şəhidlərin ruhuna dualar oxunub. Dindarlar Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə Tanrıdan şəfa diləyiblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və din xadimləri iştirak ediblər.

Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində də Vətən müharibəsi şəhidləri xüsusi mərasimlə yad edilib. Anım mərasimi zamanı şəhidlərimizin ruhuna dualar oxunub.

Gəncədəki Yəhudi Dini İcmasında Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.