REGİONLAR


Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Gəncə, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 29 il ötür.

AZƏRTAC-ın Gəncəbasar müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Gəncədə anım tədbiri və ağacəkmə aksiyası keçirilib.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolas İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Onlar Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xocalı sakinləri ilə görüşüb.

Qeyd edək ki, “Xocalı” abidəsi şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, habelə şəhər sakinləri tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla gün ərzində ziyarət ediləcək.

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər. Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkilib. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, suvarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.