REGİONLAR
Gəncədə abadlaşdırılan məhəllə sakinlərin istifadəsinə verilib VİDEO
Gəncə, 15 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə 1-ci mikrorayonda, 10 saylı binanın həyətyanı sahəsində abadlaşdırılan məhəllə sakinlərin istifadəsinə verilib.
Kəpəz Bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ətrafda yaşıllaşdırma işləri aparılıb, dekorativ ağaclar əkilib, eyni zamanda, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
“10 saylı binanın həyətyanı ərazisinə asfalt döşənib, bardür və işıq dirəkləri quraşdırılıb. Məhəllənin tullantılardan təmizlənməsi üçün əraziyə yeni zibil qutuları yerləşdirilib”, - deyə R.Əliyeva vurğulayıb.
Həmçinin binanın həyətyanı ərazisində sakinlərin istirahəti üçün uşaq meydançası yaradılıb, söhbətgahlar və oturacaqlar yerləşdirilib.