MƏDƏNİYYƏT


Gəncədə açılacaq Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ölkənin regionlarında aparılan işə təkan verəcək

Moskva, 17 yanvar, AZƏRTAC

Gəncədə açılacaq Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi Azərbaycanın regionlarında aparılan işə müəyyən təkan verəcək. Bunu AZƏRTAC-a müsahibəsində Müstəqil Dövlətlər Birliyi işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Eleonora Mitrofanova deyib.

E.Mitrofanova qeyd edib ki, Rusiya ilə Azərbaycanı sıx mədəni əlaqələr birləşdirir. O əlavə edib: “Azərbaycanda böyük rus diasporu var və Rusiyada da Azərbaycan diasporu fəaliyyət göstərir. Bu istiqamətdə mühüm iş aparılır. Biz Azərbaycanda rus dili ilə bağlı heç bir problem görmürük. Rus dili Azərbaycanda məktəblərdə və institutlarda sərbəst şəkildə öyrənilir və bununla əlaqədar heç bir maneə yoxdur. Biz qarşılıqlı olaraq sərgilər, konsertlər, dəyirmi masalar təşkil edirik”.

“Rossotrudniçestvo”nun rəhbəri vurğulayıb ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi Azərbaycanda fəal işləyir və Gəncədə daha bir mərkəz açılacaq.

E.Mitrofanova sonda bildirib ki, hazırda bununla bağlı Azərbaycan tərəfi ilə təşkilati məsələlər razılaşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.