REGİONLAR
Gəncədə ağacəkmə aksiyası keçirilib
Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Nizami Gəncəvi məqbərəsinin ətrafı və şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada gün ərzində 9600 ağac və gül kolu əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbə-gənclər, həmçinin şəhər ictimaiyyəti yaxından iştirak edib.
Aksiyada Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Xan çinar, sərv və şam ağacları əkilib.
Gəncə sakinləri ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.