CƏMİYYƏT


Gəncədə avtomobil qaçırmış keçmiş məhkum yaxalanıb

Bakı, 16 mart, AZƏRTAC 

Martın 15-də saat 2 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində H.Əliyev prospektindən qaçırması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib.

Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.