REGİONLAR


Gəncədə avtomobil qəzası: 5 nəfər xəsarət alıb

Gəncədə avtomobil qəzası: 5 nəfər xəsarət alıb

Gəncə, 14 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Qəza zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.