CƏMİYYƏT


Gəncədə avtoxuliqanlıq edən şəxs 20 gün müddətinə həbs olunub

Bakı, 13 fevral, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirirlər. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində şöbənin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən şəhər sakini Samir Məmmədov “Volkswagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində şöbənin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

S.Məmmədov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.