REGİONLAR


Gəncədə avtoxuliqanlıq edən şəxs tutulub

Gəncə, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Mirmöhsüm Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Onun barəsində inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə M.Abdullayev bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.