REGİONLAR
Gəncədə azyaşlılar peyvənd olunur
Gəncə, 5 fevral, Rauf Hacıyev, AZƏRTAC
Qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Gəncədə azyaşlılar peyvənd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər üzrə 5 poliklinika, 3 uşaq xəstəxanasında peyvənd otaqları lazımi peraparatlarla təmin edilib.
Hazırda sahə həkimləri qızılcaya qarşı peyvənd olunmayan uşaqları prosesə cəlb edirlər. Vaksinlə təmin olunmuş xəstəxanalarda uşaqların peyvəndi pulsuz həyata keçirilir.
Peyvənd olunan uşaqlar qızılcaya tutulmurlar. Hətta tutulsalar belə, xəstəliyi yüngül formada keçirirlər. Hazırda Gəncədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.
Qeyd edək ki, ötən il şəhər üzrə 1-6 yaşarası 8033 uşaq 11 xəstəliyə görə peyvənd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]