REGİONLAR
Gəncədə baş verən avtomobil qəzasında xəsarət alanlar var [YENİLƏNİB] VİDEO
Gəncədə baş verən avtomobil qəzasında 18 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 29 saylı marşrut xətti ilə sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 18 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Qəza hadisəsinin mikroavtobusun əyləcində yaranan nasazlıq nəticəsində baş verdiyi bildirilir.
Fakt üzrə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
16:24
Gəncə, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alan sərnişinlər xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.