CƏMİYYƏT


Gəncədə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub

Bakı, 26 may, AZƏRTAC

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 kvadratmetr sahədə və binanın çardağı 25kvadratmetr sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.