İQTİSADİYYAT


Gəncədə bir-biri ilə əlaqəli işləyəcək beş yeni müəssisə tikiləcəkdir

Gəncə, 4 iyul (AZƏRTAC). Gəncədə bir-biri ilə əlaqəli işləyəcək 5 yeni müəssisənin inşasına başlanacaqdır.

Hazırda Yaponiyadan olan mütəxəssislər bununla bağlı araşdırmalar aparırlar. Yeni yaradılacaq zavodlarda məhsul əvvəldən axıradək heç bir yerə getmədən Gəncə müəssisələrində istehsal ediləcəkdir. Zavodların hansı istiqamətdə fəaliyyət göstərməsi araşdırmalardan sonra müəyyənləşəcəkdir. İlkin hesablamalara görə, bu müəssisələrdə 13 min nəfərədək insanın işləməsi nəzərdə tutulmuşdur.

Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçiriləcək bu işlərlə İqtisadiyyat və Sənaye Nazirliyi məşğuldur. “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti də bu işə cəlb edilmişdir.

Zavodların tikintisində və istifadəyə verilməsində yapon mütəxəssislərlə yanaşı, yerli kadrlar da iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.