CƏMİYYƏT


Gəncədə bitki mühafizə vasitələrinin satış məntəqəsində nöqsanlar aşkarlanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində Tağı Arani küçəsi, döngə 1 ünvanında fiziki şəxs Rüstəmov Elşən Tağı oğluna məxsus bitki mühafizə vasitələrinin satış məntəqəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulduğu müəyyən edilib.

Məntəqədə dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş 14 ədəd ( “Vinifill 24 EC”, “Storione EC”, “Nemazero”, “Closer”) pestisid və aqrokimyəvi maddə aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, bu sahədə qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.