İQTİSADİYYAT


Gəncədə daşınmaz əmlakın icbari sığortalanması mövzusunda maarifləndirmə seminar keçirilmişdir

Gəncə, 30 may (AZƏRTAC). Əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirilməsi məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Gəncədə seminar-müşavirə keçirmişdir.

AZƏRTAC xəbər verir ki, şəhər və rayon maliyyə idarələrinin, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə keçirilən seminarda müzakirə olunan məsələ ilə bağlı müxtəlif məruzələr dinlənilmiş, videoçarx nümayiş etdirilmişdir. İştirakçılara sığorta biliklərinin artırılması məqsədilə çoxlu sayda əyani vasitələr paylanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.