REGİONLAR


Gəncədə dezinfeksiya işləri həyata keçirilib, iməcilik təşkil olunub

Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Gəncədə həyata keçirilən tibbi-profilaktik tədbirlər davam etdirilir. Şəhərin əsas küçə və prospektlərində, o cümlədən Yeni Gəncə yaşayış massivində gücləndirilmiş dezinfeksiya işləri görülüb. Tərtib edilmiş qrafik üzrə həyata keçirilən işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) texnika və canlı qüvvəsi cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, MKTİB-in su çiləyici avtomobilləri vasitəsilə şəhərin mərkəzi küçə və prospektləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulub. Dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə də həyata keçirilib.

Dezinfeksiya ilə bərabər MKTİB əməkdaşları Gəncənin Heydər Əliyev Park-Kompleksinin ərazisində, şəhərin mərkəzi küçə və prospektlərindəki, yol kənarlarındakı yaşıllıq zolaqlarında təmizlik və abadlıq işləri də görüblər.

Sözügedən ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək sahmana salınıb, daş və digər tullantılar toplanaraq oradan uzaqlaşdırılıb. Ağaclara və yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.