CƏMİYYƏT


Gəncədə dini radikalizm mövzusu müzakirə edilib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şəhər gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirov, Gəncə “Gənclər evi”nin rəhbəri Amil Qurbanov, QHT nümayəndələri və fəal gənclər iştirak ediblər.

Natiqlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır.

Eyni zamanda, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.