REGİONLAR
Gəncədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Gəncə, 16 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində 2022-ci ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 7 milyon 558,4 min manat təşkil edib. İctimai iaşə dövriyyəsinin 12,9 min manatı hüquqi, 7 milyon 545,5 min manatı isə fiziki şəxslərin payına düşür.
Şəhərin Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,3 faiz artaraq 81 milyon 810,0 min manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 27 milyon 570,3 min manatlıq xidmət göstərilib və xidmətlərin ümumi dəyərinin 33,7 faizini təşkil edib. Ödənişli xidmətlərin 6,1 faizi dövlət, 93,9 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.
Yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla ayda 74,6 manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.