Gəncədə enerji təchizatı sisteminin normal fəaliyyəti təmin olunub
AzerTAg.az

Bakı, 2 noyabr, AZƏRTAC
Bu ilin ötən aylarında “Gəncə” Regional Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 110 və 35 kilovoltluq (kV) yarımstansiyalarda, transformator məntəqələrində, eyni zamanda, 10, 6 və 0,4 kilovoltluq şəbəkələrdə əsaslı və cari təmir işləri görülüb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 3250-yə yaxın yeni sayğac quraşdırılıb, 3320-dən artıq qüsurlu sayğac isə yeniləri ilə əvəzlənib. Eyni zamanda, 4,3 kilometr uzunluğunda SİP və AVVQ tipli kabel çəkilib.
Smart-kart tipli sayğacların quraşdırılmasına və SİP kabelinin çəkilişinə respublikada ilk dəfə Gəncədə başlanılıb. Nəticədə həm enerji təchizatı sisteminin normal fəaliyyəti təmin edilib, həm də istehlak olunmuş enerjinin dəyəri tam ödənilir.
Xəbərin mətnində orfoqrafik səhv var