CƏMİYYƏT


Gəncədə fəaliyyət göstərən ictimai-iaşə obyektlərində monitorinqlər aparılır

Bakı, 4 dekabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasını yoxlamaq məqsədilə monitorinq və araşdırmalar aparırlar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən monitorinqlər zamanı analiz aparılması üçün 17 ictimai-iaşə obyektinin ətraf ərazilərindən hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.