CƏMİYYƏT


Gəncədə fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri təşkil olunub

Bakı, 9 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Gəncə şəhərindəki 2 nömrəli uşaq bağçasının kollektivi ilə birgə iyulun 9-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, “112” qaynar telefon xətti”, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.