REGİONLAR


Gəncədə güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub, təbii qaz xətti yararsız vəziyyətə düşüb

Bakı, 11 iyul, AZƏRTAC

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub. Bu zaman xəstəxanaya məxsus diametri 76 millimetr olan yerüstü polad təbii qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb. Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.