SİYASƏT


Gəncədə iğtişaş törədən cinayətkarlar layiqli cəzalarını alacaqlar

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 10-da Gəncədə törədilən hadisələr Vətənini və dövlətini sevən hər bir azərbaycanlıda kəskin qəzəb və təəssüf hissi doğurur. Şəhərdə təxribatçı qüvvələrin çirkin məqsədlərinin qarşısı alınarkən iki polisimiz şəhid olub, onların qatilləri böyük cinayət törədiblər. Bu gün müstəqil Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz çox sürətlə inkişaf edir. Lakin uğurlarımızı istəməyən, Vətənə, xalqa dönük çıxan bəzi üzdəniraq təxribatçılar respublikamızda sabitliyi pozmağa çalışırlar. Gəncədə 150-200 nəfərin xarici qüvvələrin və onların əlaltılarının dəstəyi ilə iğtişaş törətməyə cəhd etmələri yolverilməz haldır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, dosent Azad Rzayev bildirib.

Alim qeyd edib ki, Azərbaycan xalqının doğma Vətənə sevgisi, məhəbbəti sonsuz və tükənməzdir. Respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentini dəstəkləyir. Təxribatçı ünsürlər heç vaxt bizim birliyimizi, ölkəmizdəki sabitliyi poza bilməzlər. Əminəm ki, Gəncədə iğtişaş törədən cinayətkarlar və təxribatçılar layiqli cəzalarını alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.