CƏMİYYƏT


Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 17 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol kənarında dayanmış şəhər sakinləri Bəxtiyar Bağırov və Q.Qurbanov Elçin Kərimlinin idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə B.Bağırov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Q.Qurbanov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.