CƏMİYYƏT
Gəncədə itkin düşən qızın axtarışları davam etdirilir
Bakı, 10 avqust, AZƏRTAC
Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Boyu 168 santimetr olan, arıq bədən quruluşlu R.Kərimovanın uzun qara saçları var. Gözlərinin rəngi qaradır.
O, evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050) 314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.