REGİONLAR
Gəncədə keçiriləcək aqrar mövzuda “Hackathon”un qalibləri ölkəmizi Türkiyədə təmsil edəcəklər
Bakı, 20 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncədə baş tutacaq “Hackathon”a seçim turları davam edir. Müsabiqənin qalibləri ölkəmizi Türkiyədə keçiriləcək “Startup Turkey”də təmsil edəcəklər.
Bu barədə AZƏRTAC-a INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzindən məlumat verilib.
Sentyabrın 23-dən 27-dək davam edəcək “Hackathon” aqrar mövzudadır. Sonda qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı, qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]