CƏMİYYƏT
Gəncədə keçmiş məhkum narkotik vasitə ilə tutulub
Bakı, 12 fevral, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 2 qramdan çox marixuana aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.