REGİONLAR


Gəncədə kirayədə qaldığı mənzildən oğurluq edən şəxs saxlanılıb

Gəncə, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Fevralın 6-da Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dərhal Nizami Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayədə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov müəyyən edilərək saxlanılıb. R.Sadıxov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.