CƏMİYYƏT
Gəncədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki dövlət və ya özəl sektora məxsus idarə, müəssisə, təşkilat və digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Tədbir zamanı polislər tərəfindən məsul şəxslərin, eləcə də işçilərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.