İDMAN


Gəncədə kross qaçışı üzrə yarış keçirilib

Bakı, 4 mart, AZƏRTAC

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 3000 metr məsafəyə kross qaçışı üzrə şəhər birinciliyi təşkil olunub.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, ölkəmizdə idmanın inkişafına və gənclər sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.